Heydər Əliyev prospektində qorxu dolu anlar: Hərəkətdə olan avtomobil yanaraq kül oldu (VİDEO)

SOSİAL
13:06 26.01.2018
4099
Heydər Əliyev prospektində avtomobil yanıb. 
 
Hadisə şahidlərinin AZXEBER.COM-a göndərdikləri görüntüdə, hərəkətdə olan "Hundai" markalı maşın qarşısında hərəkət edən "BMW" markalı maşınla toqquşub. Hadisə nəticəsində "Hundai" markalı maşın yanmağa başlayıb. Sürücü avtomobili kənara çəkərək uzaqlaşıb. Qısa zamanda avtomobilin matorundan başlayan yanğın böyüyüb. 
 
Hadisə yerinə hazırda FHN-nin yanğınsöndürən maşınları cəlb edilib. Prospektdə hərəkət hələlik müvəqqəti olaraq dayandırılıb. 
 
Günel Hüseynli
 


OXŞAR XƏBƏRLƏR