Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü - FOTOLAR

SOSİAL
22:47 24.02.2025
442
Bakının Nərimanov rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, əraziyə agentliyin əməkdaşları və aidiyyəti qurum əməkdaşları cəlb olunub.

"Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR