Heydər Əliyev Sarayında “20 yanvar” adlı sənədli film nümayiş olundu

MARAQLI
15:14 19.01.2012
1560

Bu gün Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilib.

Sarayın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, öncə Sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab və foto stendə baxış keçirilib. 

Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam etmişdir. 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Sarayının rəhbərliyi, Azərbaycan xalqının və ölkəmizin tarixində yaşanmış, bəşəriyyətin dinc sakinlərinə qarşı törədilmiş ən qəddar cinayətlər sırasında yer alan 1990-ci il yanvar hadisələri haqqında geniş məruzə ilə çıxış edib. Baş verənlərin insanlığa qarşı törədilmiş teror hadisəsi olduğunu və faciə təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildiriblər.Çıxış edənlər tədbir iştirakçılarına, 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulayıblar.Tədbir 20 Yanvar faciəsindən bəhs edən “20 yanvar” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR