Saraydan verilən məlumata görə, sentyabrın 30-da reallaşacaq konsertdə tanınmış müğənnilər iştirak edəcək. Musiqi axşamında Xalq artisti Səkinə İsmayılova, Əməkdar artistlər Cabir Abdullayev, Cavanşir Məmmədov, Manana, Firuzə İbadova, Gövhər Rzayeva (qarmon), Teyyub Aslanov, populyar müğənnilər Sevda Yəhyayeva, Günay İbrahimli, Nazim (faytonçu), Nüşabə Ələsgərli, Rəşad İlyasov, Elariz, Səyyad Əlizadə, Sahib İbrahimov, Musa Musayev, Təranə Musayevə, Şəhla Həmidova, Fədayə Laçın, Anar Şuşalı, meyxanaçı Elşən Xəzər, gənc müğənnilər Sevinc Musayeva, Bəturə Hüseynova, Rahim Bağırzadə, Aytən Məhərrəmova və “N brazers”, “Səmum”, “Çeşmə” folklor, “Zirvə” rəqs qrupları çıxış edəcək. Həmçinin, tamaşaçılar “Bu şəhərdə”nin çütlüyü yumor ustaları Rafael və Coşqunu izləmək imkanı əldə edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manatdır. Biletləri sarayın kassa və şəhərin kassalarından əldə etmək olar.