"Heydər Əliyev sarayının rəhbərliyi hara baxır ki, Röya orada soyunur?"

MAQAZİN
15:42 06.02.2014
3466
Tanınmış müğənni Röya Ayxanın konserti ətrafında gedən söhbətlər bitmək bilmir.
Showlife.Az xəbər verir ki, Röyanın konsertə alt paltarı ilə çıxması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları buna tərbiyəsizlik, əxlaqsızlıq, bəziləri isə performans, sənət adı verib.
Məsələylə bağlı danışan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bu işdə Heydər Əliyev adına sarayın rəhbərliyini günahlandırıb:
“Tamaşaçılar belə istəyir” kimi arqumentlərin əsası yoxdur. Mən müğənni Röya Ayxanın Heydər Əliyev sarayındakı konserti zamanı şou xatirinə soyunmasına da kəskin etiraz edirəm. Soyunmaq istəyirsən, get başqa yerdə soyun. Bu məsələdə Heydər Əliyev sarayının rəhbərliyinin də günahı var. Heydər Əliyev sarayının rəhbərliyi hara baxır ki, dahi şəxsiyyətin adını daşıyan sarayda Röya alt paltarını nümayiş etdirir".
OXŞAR XƏBƏRLƏR