“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” - Məhərrəm Əliyev

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” - Məhərrəm Əliyev
SİYASƏT
18:13 12.12.2017
1980
AZXEBER.COM "Qafqazinfo"ya istinadən Azərbaycan ədliyyə nazirinin müavini, general leytenant Məhərəm Əliyevin Heydər Əliyev haqda yazdığı məqaləni təqdim edir: Tarix sübut etmişdir ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olmuşdur. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə keyfiyyətlərə malik, Vətəninə və millətinə əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var. Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları, dövlət inkişafı kursu onun vəfatından sonra da yaşadı, uğurla davam etdirildi. Dahi öndərin Fəxri Xiyabanda ucaldılmış abidəsi əbədi ziyarətgaha çevrildi.
 
Heydər Əliyevi hər şeydən, hər kəsdən fərqləndirən cəhəti onun doğma xalqının qəlbini fəth etməsidir. Bu fəthi ilə o, xalqının, bugünkü və gələcək nəslin qəlbində əbədi yaşayır və yaşayacaqdır. Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir. Onu dönə-dönə oxumaq, öyrənmək, təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycan tarixinin parlaq səhifələridir. Bu tarixin otuz ildən artıq dövrü məhz xalqını vəVətənini canından artıq sevən ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur. İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə və dühası baxımından həmişə seçilmişdir. Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə yaxşı xatirimdədir ki, hələ o dövrdə Heydər Əliyevə çox böyük maraq var idi, hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, onun barəsində çox müsbət fikirlər səsləndirirdilər. Bu dahi şəxsiyyətə olan xüsusi rəğbətimin təzahürü idi ki, Ulu Öndərin çıxışlarını mütəmadi mütaliə edir, hətta imtahanlar verərkən Heydər Əliyevdən sitatlar gətirməyim müsbət qiymətləndirilirdi. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun şəkildə çıxışları həm də tədris edirmiş kimi onu ustad bir müəllim kimi xarakterizə edirdi.
OXŞAR XƏBƏRLƏR