"Heydər Əliyevin bizə ən böyük hədiyyəsi Prezident İlham Əliyevdir" - Xalq artisti

"Heydər Əliyevin bizə ən böyük hədiyyəsi Prezident İlham Əliyevdir" - Xalq artisti
MAQAZİN
11:31 12.12.2025
130
"Heydər Əliyevin Azərbaycana verdiyi ən böyük hədiyyə cənab İlham Əliyevdir. Bunun üçün ona minnətdar olmalıyıq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib.

Ulu Öndərin onun qəlbində xüsusi yeri olduğunu vurğulayan aktrisa xatirələrini bölüşüb:

"Heydər Əliyev incəsənət sahəsini, bəlkə də, bir çox incəsənət adamından daha yaxşı bilirdi. Sənətə, sənətkara xüsusi hörməti var idi. Hər premyerada bizi izləməyə gələrdi. Mənim qəlbimdəki bütün şeirlər, duyğular ona olan sevgimin təcəssümüdür. O, fenomen, dahi şəxsiyyət idi. İstedadlı insanların hər zaman yanında, arxasında idi. İllər, əsrlər keçsə də, o, daim yaddaşlarda qalacaq. Ulu Öndər mənim həmişəyaşar prezidentimdir.

Heydər Əliyevin Azərbaycana olan ən böyük hədiyyəsi isə cənab Prezident İlham Əliyevdir. Onun bu gün ölkəmiz üçün gördüyü işlər hamının gözü önündədir. Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin!"

 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR