Heydər Əliyevin prezident seçilməsi – müstəqil Azərbaycanın xilası və dövlətçilik yolunun təntənəsi

Heydər Əliyevin prezident seçilməsi – müstəqil Azərbaycanın xilası və dövlətçilik yolunun təntənəsi
17:35 03.10.2025
441
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən 3 oktyabr 1993-cü il prezident seçkiləri yalnız siyasi hadisə deyil, həm də milli qurtuluşun başlanğıcı olmuşdur. Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı daxili siyasi böhran, iqtisadi geriləmə, separatçılıq təhlükəsi və xarici təzyiqlər dövlətçiliyimizin mövcudluğunu sual altına almışdı. Belə bir məqamda xalqın böyük əksəriyyəti, milli maraqlar naminə müdrik seçim edərək Ulu ÖndərHeydər Əliyevi dövlət başçısı seçdi. Bu seçim Azərbaycanın müstəqilliyini qorumaq, sabitliyi təmin etmək və gələcək inkişaf strategiyasını müəyyənləşdirmək baxımından həlledici addım oldu.
1993-cü ilin 03 oktyabrında keçirilən seçkilərdə Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan xalqı dövlət müstəqilliyinin əbədi və dönməz olacağına əminlik qazandı. Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, daxili siyasi sabitliyi təmin etdi və müstəqilliyin qorunması naminə qətiyyətli addımlar atdı. Onun siyasi iradəsi nəticəsində qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ordu quruculuğu prosesinə start verildi.

Bu mərhələdə Ümummilli Liderin əsas prioritetlərindən biri Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyini təmin etmək oldu. Heydər Əliyevin rəhbərliyi altında dövlətin əsas təsisatları yaradıldı, milli Konstitusiyanın qəbulu ilə hüquqi baza formalaşdırıldı, demokratik dövlət quruculuğu prosesi sürətləndirildi.

1991-1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran və idarəetmədə səriştəsizlik Azərbaycanı parçalanma həddinə gətirmişdi. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük qətiyyətlə yerinə yetirdi. O, həyatını təhlükə altına qoyaraq Gəncədə baş verən qiyamın qarşısını aldı, dövlətçiliyin dağılmasına imkan vermədi.
Heydər Əliyev sadəcə siyasi lider deyil, həm də milli həmrəyliyi təmin edən tarixi şəxsiyyət idi. O, xalqın etimadını qazanaraq müstəqilliyin qorunmasında yeganə ümid ünvanına çevrildi. Millətin məhəbbəti və dəstəyi sayəsində Heydər Əliyev Azərbaycanı xaosdan çıxararaq sabitlik və inkişaf yoluna yönəltdi.

Heydər Əliyevin prezidentliyi dövründə formalaşan ən mühüm konsepsiyalardan biri Azərbaycançılıq ideologiyası oldu. Bu ideologiya yalnız ölkə daxilində yaşayan insanları deyil, həm də bütün dünya azərbaycanlılarını birləşdirən mənəvi-siyasi dayağa çevrildi. Ulu Öndərin müdrik siyasəti nəticəsində milli ruh yüksəldi, tarixi yaddaş bərpa olundu və azərbaycanlıların dünyada bir millət olaraq tanınması təmin edildi.
Heydər Əliyev həmçinin qlobal miqyasda balanslaşdırılmış siyasət yürütməklə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Onun siyasi fenomeni müdrikliyi, praqmatik qərarları, yüksək natiqlik qabiliyyəti və uzaqgörənliyi ilə ölçülürdü. 

Ulu Öndərin ən böyük xidmətlərindən biri Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirmək və xarici investisiya axınını təmin etmək oldu. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr ölkəmizin qlobal enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı.

Heydər Əliyev eyni zamanda bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, sosialyönümlü iqtisadi islahatların həyata keçirilməsi sahəsində ardıcıl tədbirlər gördü. Bu model ölkənin dayanıqlı inkişafını təmin edərək, müstəqil Azərbaycanın iqtisadi sütunlarını möhkəmləndirdi.

Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycanın demokratik inkişaf yolunu müəyyənləşdirdi. Hakimiyyət bölgüsü, insan hüquqlarının təminatı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi fundamental prinsiplər məhz bu dövrdə bərqərar edildi.

Heydər Əliyev senzuranı ləğv etdi, məhkəmə islahatları apardı, Ombudsman və Konstitusiya Məhkəməsi kimi institutlar yaratdı, ölüm hökmünü aradan qaldırdı. Hüquqi dövlət və siyasi mədəniyyətin inkişafı onun siyasi kursunun əsas istiqamətlərindən biri oldu.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına gətirib çıxardı. O, Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, beynəlxalq təşkilatlarda ölkəmizin mövqelərini möhkəmləndirdi.
 
Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Böyük İpək yolu kimi qlobal layihələrdə iştirakı da məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi.

3 oktyabr 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. O, xilaskarlıq missiyası ilə xalqı parçalanmadan xilas etmiş, müstəqil dövlətin əsaslarını möhkəmləndirmiş, sabitliyi təmin etmiş və Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmişdir.
Bu gün müstəqil Azərbaycan dövləti möhkəm bünövrələr üzərində dayanaraq, Heydər Əliyevin siyasi kursunu davam etdirir. Onun ideyaları, azərbaycançılıq məfkurəsi və dövlətçilik ənənələri xalqımız üçün əbədi yol göstərici olaraq qalmaqdadır.

Bəhram Şiriyev, əməkdar müəllim


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək