Heydər Əliyevin silahdaşlarından daha biri dünyasını dəyişib-FOTOLAR

Heydər Əliyevin silahdaşlarından daha biri dünyasını dəyişib-FOTOLAR
SOSİAL
22:41 16.03.2018
3888
Sovetlər dönəmində uzun müddət müxtəlif vəzifələrdə çalışmış həmçinin, Ali Sovetin deputatı olmuş Bilal Mahmudov 89 yaşında vəfat edib.

Mərhum Prezident Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi tanınan Bilal Mahmudov ölümünə qədər də ölkənin ictimai həyatında özünün aktivliyi ilə seçilib.

Xatırladaq ki, 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuş Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və məhz, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəxsən onun təşəbbüsü ilə Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

 

 


 


 


OXŞAR XƏBƏRLƏR