Tədqiqatlar göstərir ki, heyvanlar zəlzələni hətta baş verməmişdən bir neçə gün əvvəl hiss edə bilirlər.
Mütəxəssislər qeyd edir ki, heyvanların davranışını müşahidə etməklə zəlzələnin dəqiq vaxtını anlamaq mümkün deyil. Bununla belə, zəlzələnin yaxınlaşması ilə bağlı siqnallar almaq mümkündür.
AZXEBER.COM xəbər verir ki, elmi araşdırmalarla hiss etmə qabiliyyəti insanlardan çox yüksək olan heyvanların zəlzələdən bir neçə gün əvvəl onun yaratdığı elektromaqnit sahəsini hiss etməsi isə bir həqiqətdir.
1996-cı ildə Osaka Universitetinin Yer və Kosmos Elmləri laboratoriyasında aparılan təcrübədə süni şəkildə yaradılmış elektromaqnit sahəsinə yerləşdirilən heyvanların reaksiyaları tədqiq edilərkən heyvanların zəlzələni əvvəlcədən hiss etdikləri, çaxnaşma halında qaçdıqları və narahat olduqları sübut edilmişdir. Bu vəziyyətdə tarix boyu tədqiqatçıların diqqətini çəkən "heyvanların reaksiyası zəlzələlərin xəbərçisi ola bilərmi?” sualı olub.
Bütün böyük zəlzələlərdə bir neçə gün əvvəl heyvanlarda qəribə hərəkətlərin qeydə alındığını ifadə edən mütəxəssislər bildirir ki, bir çox zəlzələlərdən əvvəl insanlar heyvanlarda qəribə davranışların şahidi olub. Hansı heyvan növünün zəlzələyə daha çox reaksiya verdiyi elmi olaraq açıqlanmayıb. Balıq və sürünənlərin daha həssas olduğuna dair eyhamlar var, amma ən çox itlərin reaksiyaları gündəmə gətirilir. Bunun mümkün səbəbi bu heyvanların bizim yaxın ətrafımızda olmasıdır. Yenə də bəzi tədqiqatçılar iti ən həssas heyvanlar arasında sayırlar.
Zəlzələ proqnozu mərkəzlərində heyvanların davranışlarından necə istifadə edildiyi barədə məlumat verən Professor Dr. Dodurka bildirir ki, burada adətən iki üsuldan istifadə edilir: "Birincisi, mobil şəbəkələr vasitəsilə təbiətdə məlumat ötürən müşahidəçilər şəbəkəsi yaratmaq, ikincisi isə nəzarət edilən şəraitdə saxlanılan heyvanların davranışlarını izləməkdir. Bu məsələdə Çin ən yaxşı nümunədir. Çin Dövləti 1970-ci ildən etibarən mümkün zəlzələyə qarşı kütləvi hazırlıq proqramına başlayıb. 1974-cü ildə zəlzələ gözləntisi artdıqda, heyvanların davranışı, su ehtiyatları, hava və suyun temperaturu, bitkilər kimi zəlzələnin mümkün prekursorlarını müşahidə etmək üçün mindən çox müşahidəçi təyin edildi. 1974-cü ilin dekabrında heyvanların hərəkətində müşahidə edilən anormallıqlara görə yaşayış məntəqələri boşaldıldı və 7-ci 3 ballıq zəlzələ nəticəsində heç kim xəsarət almayıb və 10 milyon insan mütləq ölümdən xilas olub. Lakin sonrakı zəlzələlərdə heyvanlar eyni performansı göstərmədilər”.
Professor qeyd edir ki, heyvanların davranışını müşahidə etməklə zəlzələnin dəqiq vaxtını anlamaq mümkün deyil. Amma zəlzələnin yaxınlaşması ilə bağlı siqnallar almaq mümkündür. O, həmçinin qeyd edir ki, zəlzələdən əvvəl yaşanan digər təbiət hadisələri ilə qiymətləndirmə nəticəsində zəlzələnin olacağına dair tapıntılar artacaq. Amma hələlik etibarlı zəlzələ proqnozlaşdırıcısı olmadığı üçün bu məlumatlar qiymətləndirilməlidir.
Aydın Nuri