Hibrid avtomobilləri ilə bağlı yeni xəbər: 2023-cü ildə…

Hibrid avtomobilləri ilə bağlı yeni xəbər: 2023-cü ildə…
DÜNYA
11:39 28.11.2022
330
Avropanın hər yerindən 60-dan çox təcrübəli avtomobil jurnalisti tərəfindən seçilən "Avropada ilin avtomobili” mükafatının finalçıları məlum olub. 27 avtomobili yoxlayan münsiflər heyəti bu modellərin sayını 7-yə endirib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, diqqətçəkən məqamlardan biri də o olub ki, 2023-cü ilin avtomobili olmağa namizəd olan modellərin hamısının ya tam elektrik, ya da hibrid versiyaları var. Bu da qarşıdakı ildə hibrid avtomobillərə tələbatın daha da artacağından xəbər verir.

Finalçıların siyahısı BMW iX1, Dacia Jogger, Honda Civic, MG 4, Toyota GR 86 və Opel Astra kimi avtomobillərin daxil olduğu 27 namizəddən ibarət olub.

Bununla belə, onlardan 7-si finala yüksəlib.

2023-cü ildə Avropada ilin avtomobili üçün finalçılar aşağıdakılardır:

Jeep Avenger Kia Niro Nissan Ariya Peugeot 408 Renault Austral Subaru Solterra/Toyota bZ4X Volkswagen ID. Buzz

Aydın
OXŞAR XƏBƏRLƏR