Hicab üstündə dağılan ailə: ‘Əvvəl yoldaşım, sonra qaynım...’ - FOTO

Hicab üstündə dağılan ailə: ‘Əvvəl yoldaşım, sonra qaynım...’ - FOTO
SOSİAL
01:01 26.06.2016
12441

...Üzünə o qədər krem çəkib ki, tər qarışıq krem çənəsinə doğru süzülür. Görünür, gözünün altına dəyən zərbənin izlərini gizlətməyə çalışır. Baxışlarını yayındırıb: "10 gün oldu, şiş çəkilib, ağrı da yoxdur. Bircə izlər də getsəydi", - deyir.

Yanındakı masada oturmuş 6 yaşlı qızının "ərin döyüb?" sualına ikimiz də gülürük. "Sığınacağa gəldiyim gündən tez-tez bu sualı verirlər. Uşaq da əzbərləyib", - söyləyir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan qadınlardan birinin həyat hekayəsini dinlədik. 23 yaşlı Nəzrin Məmmədova buraya 10 gün əvvəl gəlib.

- Anam öləndən sonra atam yenidən evləndi. Qardaşımla mən ögey ananın yanına köçdük. O nağıllarda eşitdiyiniz əhvalatlar var ki, ögey ana uşaqlara zülm edir, - baxbiz o zülmləri yaşamışıq. Evin bütün yükü mənimlə qardaşımın üstündə idi. Atam bizi qoruya bilmədi. Bilirəm ki, o, bizi çox istəyir, amma əlindən heç nə gəlmir. Analığım hökmlü qadındır. İki ögey qardaşım var. Bizi oxumağa qoymadılar, məktəbdən çıxardılar. Buna görə dəxalam bizə elçi gələndə atam düşünmədən razılıq verdi. 16 yaşım ailə qurandan sonra tamam oldu.

- Xalan oğlu ilə ailə qurmusan?..

- Hə, xalamın oğlu ilə ailə qurdum. Uşaqlıqdan ondan çəkinirdim, həmişə əsəbi olurdu. Xalam mənimlə yaxşı rəftar etməyə çalışırdı. Amma həyat yoldaşımın, qaynımın, qaynatamın öhdəsindən gələ bilmirdi. Evdə hamı bizim ailə işlərimizə qarışırdı. Ən xırda şeylərə görə dava düşürdü, həmişə də mən günahkar çıxırdım.

- Səni kim döyüb belə?

- Məni kimlər döyməyib ki? Uşaq vaxtından analığım döyürdü. Ailə qurandan sonra qaynatam, yoldaşım, qaynım döyməyə başladılar. Təsəvvür edin, çayı gec gətirdiyim üçün qaynatam mənə şillə vururdu. Həyat yoldaşımın hansısa sözünə etiraz edəndə o məni döyürdü. Qaynım bəhanələrlə məni vururdu. Qaynım yoldaşımın yanında məni döyürdü, amma yoldaşım məni müdafiə etmək əvəzinə üstündən də özü döyürdü. Sonuncu dəfə yoldaşım saçımdan tutub sürüdü, üz-gözümü yumruqladı.

- Davaya nə səbəb oldu?

- Həyat yoldaşım dini təriqətə qoşulub, namaz qılır, oruc tutur. Mənim hicaba bürünməyimi istəyirdi. Dedim ki, namaz qılıb, oruc tutaram, amma hicab geymək istəmirəm. Məndə zob xəstəliyi var, tez-tez boğuluram. Hələ gərgin olanda ürəyim bulanır, nəfəs ala bilmirəm. Dedim ki, müalicə olunum, boğulmam azalsın, sonra hicab geyərəm. Onsuz da açıq-saçıq geyinmirəm. Müalicə olunmağıma pul vermirdilər. Yoldaşım aldığı maaşı atasına verirdi. Bizə nəsə almaq lazım olanda onlardan pul istəyirdik. Yoldaşım məni həkimə aparmaq istəmədi. Hicab istəmədiyimi bəhanə edib döydü. Sonra qaynım dedi ki, bir arvada da hökm edə bilmirsən. Üstündən qaynım da məni vurdu. Yoldaşım şərt kəsdi ki, hicaba bürünüb ailəmin xidmətində durmasan, hər gün döyüləcəksən. Yoxsa ki, tək namaz qılmaqla dindar olmaq mümkün deyil. Məni döyəndən sonra ürəyim gedib. Ayılanda atam zəng vurdu, qardaşımla bizə gəldiklərini dedi. Xalam atamgilə yıxıldığımı söylədi. Qardaşım inanmadı. Atam onu sakitləşdirdi.

- Atan inandı?

- Atam da inanmadı. Amma özünü inanmış kimi göstərdi. Neyləsin, məni yenidən evinə apara bilməz. Axı həyat yoldaşından çəkinir. Atam yaşlıdır, nə həyat yoldaşına, nə də xalamgilə qarşı çıxmağa imkanı yoxdur. Atamın iradəsi çox zəifdir. Amma qardaşım dedi ki, işləyib ev-eşik qurandan sonra məni buradan aparacaq. Qardaşıma da çox yazığım gəlir. O da mənim kimi çox zülmlər çəkib. Nə uşaqlığını yaşaya bildi, nə də indi bir gün görür.

- Bəs sığınacağa necə gəldin?

- Mehriban Zeynalovanı televiziyada görmüşdüm. Gizlincə zəng vurub nömrəsini istədim. Sonra buraya gəldim. Atam sığınacaqda olduğumdan xəbərdardır. Bir dəfə də xalam zəng vurub. Onda da zəng vurub dedi ki, mənim oğlanlarım, yoldaşım haqqında heç yerə şikayət eləmə. Yəni polisə məlumat verməyimdən qorxurdu. Buna görə dəpolisə şikayət etmədim. Həm də guya ki, onları həbs etsələr, nə dəyişəcək? Yoldaşım namaz qılmaqla din adamı olduğunu düşünür. Mən dində məcburiyyət olmadığını deyəndə hər dəfə döyülürdüm. Bilirəm ki, hicaba bürünəndən sonra da döymək üçün bəhanə tapacaqlar. Buna görə dəqərar vermişəm, o evə geri qayıtmayacam.

- Sığınacaqdan çıxandan sonra haraya gedəcəksən?

- Hələlik heç nə bilmirəm. Harada yaşayacağam, harada işləyə bilərəm? Amma bilirəm ki, o evə qayıtmamaq üçün mütləq işləmək lazımdır. Təhsilim olmadığından iş tapmağım çətin olacaq. Əvvəlcə boşanmaq üçün məhkəməyə müraciət edəcəyəm. Yəqin, bundan sonra iş axtarmağa başlayacağam. Çox şükür ki, uşağı əlimdən almayıblar. Bundan sonra yalnız övladım üçün yaşayacağam. Sığınacağa gəlmədən əvvəl heç nəyə qərar verə bilmirdim. Artıq qorxmuram. Çünki ilk addımı atmışam...

virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”