Hicabına taxmaq üçün ağzında tutduğu iynəni uddu, mədəsi deşildi.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Hatay bölgəsində yaşayan 14 yaşlı suriyalı Hanin Elkurdinin başına gəlib.
14 yaşlı qız hicabına taxmaq üçün istifadə etdiyi iynəni ağzında tutduğu zaman onu udub. Ailəsi tərəfindən xəstəxanaya çatdırılan 14 yaşlı qız müayinə olunub. Müayinə nəticəsində iynənin onun mədəsini deşdiyi müəyyən olunub.
İynə əməliyyatla çıxarılıb, xəstənin vəziyyəti yaxşıdır.
Aydın