Hicablı qadın toyda rəqs edə bilər? (SUAL-CAVAB)

MARAQLI
21:09 19.12.2010
4186

 

1.Müsəlman qadını öz mehriyyəsini gələcək həyat yoldaşına bağışlaya bilər?
Bəli, bağışlaya bilər. Amma kəbin kəsilməzdən əvvəl müəyyən məbləğ və ya istənilən hər hansı bir şey təyin olunmalı və sonradan hədiyyə olunmaladır.

2. Namazın sözlərini Azərbaycan dilində oxumaq olar?
Xeyr, namaz ərəb dilində qılınmalıdır. Əgər namazın sözləri yadda qalmırsa,bu halda onu üzündən də oxumaq olar. Əgər tələffüzdə çətinlik çəkirsə, bu halda tələffüz edə bildiyi kimi qılsın. Allah Öz bəndələrinə qarşı rəhmli və mərhəmətlidir.

3.Müsəlman bir şəxs yəhudi sinaqoqlarında və ya xristian kilsələrində namaz qıla bilər?
Əgər kilsə və sinaqoq sahibləri buna icazə verirlərsə və oranın təmizliyinə riayət olunursa, qeyd olunan yerlərdə namaz qılmaq olar.

4.Eşitdiyimə görə, mücir duasını hər gün, hətta ömürdə bir dəfə oxumağın böyük savabı var. 
Bəli, mücir duasının olduqca böyük savabı vardır. Bu barədə Peyğəmbərimizdən (s.ə.s) bizə etibarlı hədis gəlib çatmışdır. 

5. Qurani-Kərimdə bu məzmunda ayələrə rast gəlirik. "Biz sizə rəhm etdik və tövbə etməniz üçün sizə imkan verdik". Bu kimi bir çox ayələrdə insanlara "Biz" deyərək müraciət olunur. Mənə maraqlı gələn "Biz" ibarəsindən istifadə olunmasıdır.
Bəli, Quranın bir çox ayələrində "Biz" ibarəsindən istifadə olunmuşdur. Lakin "Mən" ibarəsindən istifadə olunun yerlərə də rast gəlmək olur. "Biz" ibarəsindən məqsəd insanlarda təvazökarlıq əhval-ruhiyyəsini gücləndirməkdir. Allah-Təala bütün kainatı Özü yaratdığı halda, bir çox ayələrdə "Biz yaratdıq" buyurulur. Bunun əsas səbəbi işlərin fiziki olaraq mələklər tərəfindən yerinə yetirilməsidir. Bildiyimiz kimi, Allah-Təala fiziki varlıq deyildir. Fiziki varlıq olmadığı üçün də Onun insanlartək nəyi isə əli ilə görməsi qeyri-mümkündür. Yəni əmr Allah tərəfindən vverilsə də, bütün işlər mələklər tərəfindən yerinə yetirilmiş, həm də yetirilməkdədir. "Biz" ibarəsindən istifadə etməkdən məqsəd həm də onların zəhmətlərini qiymətləndirməkdir.

6. Xanımın (qız uşağının) ixtiyari və ya ixtiyarsız olaraq hər hansı bir hisslər keçirməsi (məsələn, təhrikedici səs eşitməsi və ya təhrikedici səhnə görməsi) onun qüslünü pozur? 
Əvvəla bunu qeyd edək ki, təhrikedici və insanın günaha sövq edən səhnələrə baxması və ya bu kimi səslərə qulaq asması dinimizə görə, haramdır. Qeyri-ixtiyari halda olduqda isə əgər spermanın xaric olmasına səbəb olmursa, insanın boynuna qüsl gəlməz.

7. Hicablı xanım toy mərasimlərində rəqs edə bilərmi? Pulsuz balıqları yemək olar? Dəstəmaz alarkən dəstəmaz suyu kanalizasiyaya buraxmaq olar? Hicablı xanım toyda şəkil çəkdirə bilər? 
Hicablı xanım naməhrəm kişilərin iştirak etdiyi toy mərasimlərində və ya şənliklərində rəqs etməməlidir.
Bəli, pulsuz balıqların ətindən istifadə edə bilərsiniz.
Bəli, dəstəmaz suyunu kanalizasiya xəttinə buraxa bilərsiniz, bunun heç bir nöqsanı yoxdur. 
Hicablı xanımlar hicaba riayət etmək şərti ilə toy və şənliklərdə şəkil çəkdirə bilərlər.

mənbə: Karvan junalı


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir