Hidayət Hüseynli vəfat etdi

Hidayət Hüseynli vəfat etdi
SOSİAL
13:47 14.01.2026
510

Gürcüstan Parlamentinin keçmiş üzvü, əslən azərbaycanlı Hidayət Hüseynli 83 yaşında vəfat edib

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, Hidayət Hüseynli 1943-cü ildə, dekabr ayının 23-də Marneuli bələdiyyəsinin Aşağı Saral kəndində doğulub. 

Orta təhsilini 7-ci sinfə qədər Aşağı Saralda alıb, daha sonra Ağməmmədli kəndində başa vurub. Sovet Ticarət Texnikumunda və Gürcüstan Aqrar Universitetində təhsil alıb. Gürcüstanda, Puşkin adına Dillər İnstitutunda çalışıb. Sadaxlı 2 saylı orta məktəbində işləyib. 

Məlumat üçün bildirək ki, Hidayət Hüseynli (Hüseynov) 1995-ci ildən, 2004-cü ilə qədər Gürcüstan Parlamentində deputat olaraq fəaliyyət göstərib.

OXŞAR XƏBƏRLƏR