Hidrometeoroloqlardan yağış xəbərdarlığı

Hidrometeoroloqlardan yağış xəbərdarlığı
SOSİAL
09:59 17.10.2017
1115
"Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-sı gündüz saatlarından başlayaraq 17-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib: "Arabir yağış yağıb, bəzən intensiv olub”.
 
G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-si axşamadək davam edəcək: "Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən, yağmursuz keçəcək”.
 
Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: "Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”.
OXŞAR XƏBƏRLƏR