Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "X” hesabında yazıb.
Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.
APA










































