Hikmət Hacıyev: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsi Ermənistanın əsl niyyətidir”

Hikmət Hacıyev: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsi Ermənistanın əsl niyyətidir”
SİYASƏT
17:13 03.10.2020
646

"Hazırda Azərbaycanın Tərtər şəhərinin Ermənistan tərəfdən atəşə tutulması davam edir. Onların məqsədi dinc Azərbaycan vətəndaşlarını qətlə yetirməkdir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV nümayəndələri və xarici dövlətlərin Bakıda akkreditə olunmuş diplomatlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

"Dünəndən etibarən Azərbaycan Respublikasının Tərtər şəhəri ermənilər tərəfdən intensiv şəkildə atəşə tutulur. O cümlədən şəhər çoxsaylı "Qrad” kütləvi yaylış atəş sistemlərindən atəşə məruz qalıb. Tərtərə 2 mindən çox mərmi atılıb. Azərbaycanın Şəmkir şəhəri Ermənistanın Vardenis ərazisindən "Toçka-U” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə atəşə tutulub. Onlar həmçinin Ermənistan ərazisindən raket sistemlərindən də istifadə ediblər. Məsələn, "Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə Ermənistanın Gorus rayonundan Azərbaycanın Cocuq Mərcanlı kəndi atəşə tutulub”, - o bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vasitəsilə Ermənistana mülki şəxslərin öldürülməsinin və Azərbaycan şəhərlərinin atəşə tutulmasının dayandırılması barədə mesaj göndərib.

"Ancaq, təəssüf ki, onlar bunu etməkdən imtina etdilər. Bu, Ermənistanın həqiqi niyyətlərinin növbəti sübutudur: onların hədəfi dinc Azərbaycan vətəndaşlarıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan müasir texnologiyaların köməyi ilə dronlardan istifadə etməklə yalnız ölkənin işğal olunmuş ərazilərindəki hərbi hədəflərə dəqiq zərbələr endirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"