Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”

Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”
SİYASƏT
10:56 22.09.2023
117
"Qarabağda olan bəzi hərbi dəstələr müqaviməti davam etdirəcəklərini bildirirlər”.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters”ə müsahibəsində deyib.
 
H.Hacıyev bir daha rəsmi Bakının mövqeyini ifadə edib.
 
O qeyd edib ki, Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.
"Hazırda biz görürük ki, bəzi ayrı-ayrı hərbi qruplar bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan edirlər”, - deyə H.Hacıyev əlavə edib.
 
Hikmət Hacıyev xatırladıb ki, sentyabrın 22-də Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.
 
"Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, - Hikmət Hacıyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR