Hikmət Hacıyev daha bir ABŞ rəsmisi ilə görüşdü

Hikmət Hacıyev daha bir ABŞ rəsmisi ilə görüşdü
SİYASƏT
22:59 26.09.2022
326
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə H.Hacıyev tviterdə paylaşım edib.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR