D.Miyatoviçin bəyanatını qərəzli adlandıran Hacıyev daha sonra bunları deyib: “Azərbaycanda media azadlığı və insan hüquqları yetərincə təmin olunur. Bu bəyanatdakı fikirlər həqiqəti əks etdirmir. Bununla bağlı Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi tərəfindən etirazımız və bu məsələdəki mövqeyimiz Dünya Miyatoviçə çatdırılıb”.
XİN təmsilçisi Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi müddətdə “sədrlikdən sui-istifadə etdiyinə” dair söylənilən ittihamlarla da əlaqədar fikirlərini açıqlayıb: “Azərbaycan Avropa Şurasının sədri olduğu müddətdə 18 beynəlxalq tədbir həyata keçirib. Avropa Şurasının işinin yaxşılaşdırılması ilə bağlı xeyli təkliflərlə çıxış etmişik. Amma bəzi qüvvələr var ki, məqsədyönlü şəkildə başqa təsəvvür yaratmağa çalışır və həqiqətə uyğun olmayan fikirləri yayırlar. Azərbaycan öz sədrlik fəaliyyətini yetərincə şəffaf və düzgün həyata keçirib".