Hikmət Hacıyev: “Düşmənin mövqelərimizə davamlı olaraq atəş açması dözülməzdir”

SİYASƏT
14:41 31.10.2020
517

"Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir”.

Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

"Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan,  Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilib”.

"Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. 

Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək, Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu, dözülməzdir”, - deyə H.Hacıyev əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:46 05.12.2020

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

19:34 05.12.2020

Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"

18:06 05.12.2020

Ermənistan müxalifəti istefası üçün Paşinyana 3 gün vaxt verdi

17:55 05.12.2020

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirildi

17:47 05.12.2020

Müdafiə Nazirliyindən Bakıda keçiriləcək paradla bağlı - AÇIQLAMA

17:40 05.12.2020

Bakıda çoxmərtəbəli binada yanğın başladı

17:32 05.12.2020

Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEOREPORTAJ

17:23 05.12.2020

Ərdoğan: "Azərbaycanın qazandığı qələbə ana südü kimi halaldır"

17:11 05.12.2020

Kəlbəcərin yeni görüntüləri yayımlandı - VİDEO

17:06 05.12.2020

Son dəqiqə! Türkiyədə zəlzələ oldu

16:37 05.12.2020

Hulusi Akar: “Azərbaycan “Bir Vətən Əməliyyatı”nı uğurla həyata keçirdi"

16:22 05.12.2020

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ