Hikmət Hacıyev: “Ermənistan anlaşmanı pozdu”

Hikmət Hacıyev: “Ermənistan anlaşmanı pozdu”
Siyasət
19:44 11.10.2020
1306

Bu gün Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelər üçün mətbuat konfransı keçirilib.

AZXEBER.COM-un məlumatına görə, konfransda ilk çıxış edən şəxs general-mayor Elçin Zeynalov olub.

O, Ermnistanın ölkəmizə təcavüzündən danışıb. E.Zeynalov bildirib ki, konfransda 15 ölkənin hərbi attaşesi, həmçinin, BMT, ATƏT kimi qurumların nümayəndələri iştirak edir.

 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Ermənistanın raket və artilleriya atəşləri ilə münaqişədən aralı olan rayon və şəhərlərimizin atəşə tutulduğunu bildirib:

"Düşmən "Toçka-U” və "Smerç” tipli raketlərlə sivil şəxsləri nişan alır. Onlar bununla beynəlxalq hüququn normalarını pozurlar. Biz Ermənistanla humanitar atəşkəs bağlasaq da, Ermənistan dünən və bu gün mülki şəxslərimizə qarşı hərbi əməliyyatlar aparmaqla bu anlaşmanı pozdu. 

Mülki şəxslərə qarşı hücum Cenevrə Konvensiyasının pozulması deməkdir. Onların ölkənin ən böyük enerji obyekti olan Mingəçevirdəki "Azərbaycan” İES-i hədəfə alması bağışlanmazdır. Qarşı tərəf hələ də mülki şəxsləri nişan almaqda davam edir. Əsgərlər hərbçilərlə hərb meydanında üz-üzə gəlmək üçündür, mülki şəxsləri, uşaq və qadınları nişan almaq üçün deyil.

İnsanlarımıza qarşı edilən bu cür aktlar yerli əhalinin hisslərinə təsir edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını görməzdən gəlməməli və lazımi addımları atmalıdır”.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da çıxışında Ermənistanın mülki şəxslərə qarşı bu addımının insanlığa yaraşmayan bir addım olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”