Hikmət Hacıyev: "Ermənistan baş nazir səviyyəsində danışıqlar prosesini məhv edir"

Hikmət Hacıyev: "Ermənistan baş nazir səviyyəsində danışıqlar prosesini məhv edir"
SİYASƏT
12:46 06.08.2019
4395
Ermənistan Baş nazirinin Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ – Ermənistandır” deyə açıqlmasını qəti şəkildə rədd edirik.
 
Trend-in məlumatına görə, bunu Ermənistan baş naziri N.Paşinyanın çıxışına dair Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H.Hacıyev qeyd edib: "Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstələyir. Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcəkdir.
Ermənistan Baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır".
 
H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir: "Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir.
Bu açıqlama ilə Ermənistan baş naziri həmçinin öz-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir.
Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.
Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ildə inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir".
 
Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir: "Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb