Hikmət Hacıyev: “Ermənistan ona aid olmayan mövzulara qarışmağa çalışır”

SİYASƏT
19:43 24.09.2020
441

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları şərh edib:

"Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronovirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk.

Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa  müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcək. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarışmağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

"Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:08 25.10.2020

SON DƏQİQƏ! Qubadlı şəhəri işğalçılardan azad edilib

23:04 25.10.2020

Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”

22:45 25.10.2020

Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi

22:39 25.10.2020

Ermənistan ordusunun əsl üzünü açan FOTOFAKT

22:24 25.10.2020

Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

22:03 25.10.2020

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq

22:01 25.10.2020

Göygöldə zəlzələ olub

21:30 25.10.2020

İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”

21:23 25.10.2020

Azərbaycan Prezidenti: “Torpaqları azad edən əsgərlər və zabitlərdir”

21:19 25.10.2020

Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”

21:18 25.10.2020

İlham Əliyev: “Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib”

21:08 25.10.2020

Ali Baş Komandan: “Azərbaycan qarşısında heç kim dura bilməz”

21:07 25.10.2020

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər”

20:55 25.10.2020

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi ​​​​​​​- FOTO

20:44 25.10.2020

Hikmət Hacıyev şəhidimiz barədə: “Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi”

20:26 25.10.2020

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi