Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir

Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir
SİYASƏT
13:36 14.06.2025
365
Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025” forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.

O qeyd edib ki, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur:

"Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının "Global Gateway” təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik”.

H.Hacıyev əlavə edib ki, heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir:

"Aİ-dəki dostlarımızla müzakirələrdə başqa bir məsələyə toxunmaq istəyirəm ki, kimsə bizdən ötrü yeni Orta Dəhliz qurmağın zəruriliyi təəssüratına qapılmamalıdır. Orta Dəhliz artıq mövcuddur və fəaliyyətdədir. Azərbaycan və tərəfdaşları ona sərmayə qoyur. Başqa tərəfdaşlarımız da gəlib ona qoşula və faydalana bilərlər”.
 
///report
OXŞAR XƏBƏRLƏR