Hikmət Hacıyev: “Sosial şəbəkələrin Ermənistan seqmentində yayılmış məlumatlar tamamilə yalandır”

Hikmət Hacıyev: “Sosial şəbəkələrin Ermənistan seqmentində yayılmış məlumatlar tamamilə yalandır”
SİYASƏT
20:14 27.09.2020
1374

"Ermənistanın Azərbaycana qarşı bugünkü təcavüzü beynəlxalq mediya tərəfindən də geniş işıqlandırılır və bu mövzuya böyük maraq vardır”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, beynəlxalq media mənsublarına da mövcud vəziyyət, Ermənistanın bu təcavüzü, xüsusilə mülki insanlarımıza dəymiş zərərlər haqqında ətraflı məlumat verilir.

"Əl Cəzirə” və bir sıra qərbi Avropa ölkələrinin mediyaları və Türkiyə, Rusiya mediyası və digər aidiyyəti beynəlxalq media qurumlarından da müxtəlif media-sorğular daxil olur.

Ermənistan sosial şəbəkə seqmentində belə bir məlumat verilmişdi ki, guya Ermənistan – Azərbaycan sərhədində də toqquşma baş verib. Bu, tamamilə yalandır, Ermənistanın növbəti dezinformasiyasıdır və hərbi əməliyyatlar Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində həyata keçirilir ki, bu da Azərbaycan Respublikasının suveren əraziləridir”.

Prezidentin köməkçisi, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri bu tədbirləri suveren ərazilərində müdafiə məqsədilə həyata keçirir:

"Burada məqsəd qeyd etdiyimiz kimi mülki insanlarımızın təhlükəsizliyini və işğal olunmuş ərazilərin işğaldan azad edilməsini təmin etməkdir. Beynəlxalq ictimaiyyət tərəfindən də bu məsələyə - Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktına ciddi bir maraq vardır və müxtəlif narahatlıqlar ifadə olunur.

Artıq bir sıra beynəlxalq təşkilatlar və fərdi əsasla dövlətlər tərəfindən, xüsusilə ATƏT-in üzv dövlətləri tərəfindən də narahatlıqlar ifadə olunub. Azərbaycan Respublikası tərəfindən bir daha bəyan olundu ki, bu vəziyyətin gərginləşməsinin məsuliyyəti bilavasitə Ermənistan Respublikasının siyasi hərbi rəhbərliyinin üzərinə düşür”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
19:21 29.06.2025
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib