Hikmət Hacıyev təcili tibbi yardımın gecikməsi məsələsindən danışdı

SOSİAL
17:49 10.07.2020
425
"Təcili tibbi yardım maşınlarının gecikməsi ilə bağlı bir müddət problem olub”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, buna səbəb müraciətlərin çoxluğu olub:

"Lakin epidemioloji vəziyyətə nəzarət məqsədilə atılan addımlar analiz edilir. Biz insanları narahat edən bütün problemlərə diqqət ayırırıq. Amma bütün hallarda tibb strukturlarının üzərinə düşən yük nəzərə alınmalı və bir qədər obyektiv yanaşılmalıdır.

COVID-19 müraciəti ilə yanaşı, digər xəstəliklər üzrə də təcili tibbi yardıma müraciət çox olduğundan bir qədər çətinlik yaranmışdı. Lakin düşünürəm ki, bu məsələ müəyyən qədər tənzimlənib”.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

X Mostbet