Hikmət Hacıyev: "Ulu Öndərin qoyduğu irs əsasında Azərbaycan dövləti hərtərəfli inkişaf edir"

Hikmət Hacıyev: "Ulu Öndərin qoyduğu irs əsasında Azərbaycan dövləti hərtərəfli inkişaf edir"
SOSİAL
14:31 12.12.2021
213
"Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının, dövlətçiliyinin tarixində müstəsna və əhəmiyyətli rolu var. Belə ki, Azərbaycan dövlətçiliyinin inkişafı, dövlətimizin möhkəmlənməsi, onun təməlinin qurulması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal siyasətinə baxdıqda ilk növbədə Heydər Əliyev şəxsiyyətinin onların qarşısında duran ən böyük maneə olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 1980-ci illərin sonunda rəhmətlik Ulu Öndərin SSRİ Mərkəzi Komitəsindən kənarlaşdırılması və bundan sonra Azərbaycan xalqına qarşı bu mənfur siyasətin başlamasının bütün çalarlarını görürük:

"Buna görə də onların qarşısında ən böyük sipər Ulu Öndər amili idi. Bu günlər həmin dövrdə Azərbaycana qarşı o mənfur planları həyata keçirənlər, onu planlaşdıran hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir neçə şeyi görə bilmədilər. Azərbaycan xalqının müdrikliyini. Belə ki, 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıtması, Azərbaycan dövlətçiliyinin başına keçməsi, ölkəmizin yenidən qurulması prosesini onlar görə bilmədilər. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi idi ki, bu gün də mötəbər Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında da uğurla davam etdirilir.

Xüsusilə bir məqamı qeyd etmək istərdim ki, 8 noyabr tarixində Azərbaycan Prezidenti Ulu Öndərin məzarını ziyarət etdi və orada cənab Prezidentin dediyi bir kəlmə var idi: "Mən xoşbəxt bir insanam ki, ata vəsiyyətini yerinə yetirdim". Bəli, Ulu Öndərin Azərbaycan xalqına və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu bir vəsiyyət Qarabağın işğaldan azad edilməsi idi. Ulu Öndərin məcburi köçkünlərlə görüşü zamanı onun bir neçə kəlməsi var idi. Onlardan da birində, o, əminliklə deyirdi ki, biz qayıdacağıq, Laçına da qayıdacağıq, Kəlbəcərə də qayıdacağıq, Şuşaya da qayıdacağıq və digər işğal altında olan torpaqlarımıza qayıdacağıq. Həqiqətən də o hasil oldu və 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı o torpaqlara qayıtdı və öz qüdrətini bir daha göstərmiş oldu. Bu gün Ulu Öndərin qoyduğu irs əsasında Azərbaycan dövləti hərtərəfli inkişaf edir, beynəlxalq münasibətlərin layiqli üzvüdür və beynəlxalq səviyyədə də ölkəmizin nüfuzu hər kəsin gözü qarşısındadır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
23:58 07.07.2025
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər