Hikmət Hacıyev və Vəhid Cəlalzadə arasında görüş baş tutub

Hikmət Hacıyev və Vəhid Cəlalzadə arasında görüş baş tutub
SİYASƏT
21:12 24.01.2026
850
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.

Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.
OXŞAR XƏBƏRLƏR