Hillari Klinton eynicinsli nikahları dəstəklədi

Hillari Klinton eynicinsli nikahları dəstəklədi
11:05 19.03.2013
778

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ilk dəfə olaraq ictimai şəkildə eynicinsli nikahları dəstəklədiyini bildirib.

AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə keçmiş dövlət katibi internetə yerləşdirilmiş videoda bildirib.“Özünü eynicinsli sevginin tərəfdarlarına aid edən amerikalılar bizim həmkarlarımız, müəllimlərimiz, əsgərlərimiz, dostlarımızdır. Onların da başqa vətəndaşların olduğu kimi hüquqları var. Eləcə də nikaha daxil olmaq hüququ var. Mən şəxsən bunu dəstəkləyirəm”, - deyə Klinton qeyd edib.Qeyd edək ki, hal-hazırda ABŞ-ın yalnız bəzi ştatlarında qanunvericiliklə eynicinsli nikahlara icazə verilir.

OXŞAR XƏBƏRLƏR