Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb. Klinton Bakıda əvvəlcə Şəhidlər Xiyabanini ziyarət edib. O, prezident İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşüb.Dövlət katibinin səfəri zamanı regiondaki vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.