Hilton otelindən yanğınla bağlı - Açıqlama

Hilton otelindən yanğınla bağlı - Açıqlama
SOSİAL
10:06 26.12.2018
2573
Hilton Baku oteli ötən gün baş verən yanğınla bağlı açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən qafqazinfo-ya daxil olan xəbərdə bildirilir ki, dekabrın 25-də otelin mətbəxində kiçik yanğın baş verib. Yanğın otel əməkdaşları tərəfindən anında aradan qaldırılıb:

"Qonaqların və işçi heyətinin təhlükəsizliyi üçün hər kəs evakuasiya edildi və təhlükəsizlik proseduru olaraq FHN əməkdaşları hadisə yerinə çağırıldı. Yanğın səbəbi hal-hazırda araşdırılır. Hilton Baku hadisədən 30 dəqiqə sonra artıq tam şəkildə fəaliyyətinə davam etməkdə idi".
OXŞAR XƏBƏRLƏR