Hindistan Azərbaycana təşəkkür etdi

Hindistan Azərbaycana təşəkkür etdi
SOSİAL
16:43 30.03.2026
239

Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Bu barədə AZXEBER.COM-a Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.

"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.

Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR