Hindistan Baş naziri Çinə səfər edəcək - 5 ildən sonra

Hindistan Baş naziri Çinə səfər edəcək - 5 ildən sonra
DÜNYA
18:13 06.08.2025
243
Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.

Modi Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak edəcək.

Qeyd edək ki, 2020-ci ildə Çin və Hindistan arasında sərhədboyu ərazilərdə baş verən toqquşmalardan sonra, bu, Hindistan Baş nazirinin Çinə ilk səfəri olacaq.

Narendra Modi və ÇXR sədri Si Cinpin sonuncu dəfə 2024-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində görüşüb.
 
///apa
OXŞAR XƏBƏRLƏR