Hindistan buğda ixracını qadağan etdi

DÜNYA
21:01 14.05.2022
184
Hindistan buğda ixracını qadağan edib.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Hindistanın Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi məlumat yayıb.

Sözügedən qərarın dərhal qüvvəyə mindiyi qeyd olunub. 

"Bu qərar buğdanın dünya qiymətlərində bir çox amillərin yaratdığı qəfil artımı nəzərə alaraq, daxili qiymətlərin artımına nəzarət tədbirləri çərçivəsində qəbul edilib”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, mart ayında Hindistan dünyanın aparıcı buğda ixracatçısı olmaq üçün yaxın gələcəkdə addımlar atmaq niyyətində olduğunu açıqlamışdı. Lakin bir sıra səbəblərdən, o cümlədən bu dənli bitkilərin becərildiyi ərazilərdə kəskin istilər olduğundan respublika hazırda daxili bazarda bu məhsulun qıtlığından narahatdır.

OXŞAR XƏBƏRLƏR