Hindistan və ABŞ Alyaskada hərbi təlimlərə başlayıb

Hindistan və ABŞ Alyaskada hərbi təlimlərə başlayıb
DÜNYA
19:15 25.09.2023
278
Hindistan və ABŞ hərbçiləri Alyaskada iki həftə davam edəcək hərbi təlimlərə başlayıblar.

AZXEBER.COM xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin mətbuata verdiyi məlumata görə, təlimlər Nyu-Delhi və Vaşinqton arasında, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın intensivləşdirilməsi çərçivəsində baş tutacaq.

Məlumata görə, Hindistan hərbçilərindən ibarət 350 nəfərlik kontingent Alyaskada ABŞ ordusunun yerləşdiyi Fort Ueynrayt rayonundakı hərbi bazaya gəlib.

"Hər iki tərəf BMT-nin sülhməramlı əməliyyatları zamanı qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün bir sıra taktiki təlimlər keçirəcək”, - deyə Hindistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Gülay
OXŞAR XƏBƏRLƏR