Hindistan və Banqladeşdə təsirli olan Remal siklonunun yaratdığı sel və torpaq sürüşməsi kimi hadisələr nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Mizoram əyalətinin rəsmiləri tropik qasırğa nəticəsində ümumilikdə 40 nəfərin öldüyünü açıqlayıb. Səlahiyyətlilər Hindistanda fırtına nəticəsində evlərin və infrastrukturun da zədələndiyini də qeyd edib.
Bildirilib ki, Banqladeşdə ölkəyə təsir edən siklon nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Bununla da iki ölkədə Remal siklon fırtınası nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.
Qeyd edək ki, Banqladeş sahillərində və Hindistanın şimal-şərqində təsirli olan Remal siklonu güclü yağış və güclü küləklər gətirir.
Gülay