Hindistan və Pakistan nüvə obyektləri və məhbusların siyahısını mübadilə ediblər

Hindistan və Pakistan nüvə obyektləri və məhbusların siyahısını mübadilə ediblər
DÜNYA
16:14 01.01.2022
394
Hindistan və Pakistan iki ölkənin nüvə obyektləri və məhbuslarının siyahısını mübadilə ediblər.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, nüvə obyektlərinin siyahısının mübadiləsi onlara hücumların qarşısını almaq üçün 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. Bu da regionda təhlükəsizliyin qorunmasında ən mühüm tədbirlərdən biri hesab olunur. Belə sənədlərin ilk mübadiləsi 1992-ci il yanvarın 1-də baş tutub.

Məhbusların mübadiləsi isə 2008-ci il razılaşmasına uyğun olaraq həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR