"Human Rights Watch" Hindistanda son həftələrdə yüzlərlə müsəlmanı Banqladeşə "qanunsuz” deportasiya etdiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Human Rights Watch" təşkilatının dərc etdiyi hesabatda Yeni Dehli may ayından bəri yüzlərlə benqal əsilli müsəlmanı deportasiya edib, onların əksəriyyəti qonşu Hindistan ştatlarında doğulmuş və böyük bir hissəsini qadın və uşaqlar təşkil etdiyini bildirib.
Hesabatda həmçinin qeyd olunub ki, sərhədçilər bəzi şəxslərin şəxsiyyət sənədlərini müsadirə edərək və hətta silah gücünə zorla Banqladeş ərazisinə keçiriblər.
Hesabatda qeyd olunub ki, Banqladeş səlahiyyətliləri təqribən 1500 deportasiya edilənlərdən bəzilərinin Hindistan vətəndaşı olduğunu, bəzilərinin isə Hindistana qayıtdığını təsdiqləyib.
Gülay