103 yaşlı kişi 49 yaşlı qadınla evləndi

103 yaşlı kişi 49 yaşlı qadınla evləndi
DÜNYA
11:23 01.02.2024
166
Hindistanda Həbib Nəzər adlı 103 yaşlı qoca 49 yaşlı Firoz Cahan adlı qadınla evlənib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, cütlüyün evliliyi sosial şəbəkələrdə gündəm olub.

Bhopal şəhərinin İtvara bölgəsində keçirilən İslami toy mərasimində 103 yaşlı Həbib Nazar və 49 yaşlı Firoz Cahanla evlənib. 

İki həyat yoldaşının ölümündən sonra özünü tənha hiss etməyə başladığını deyən Həbib Nəzər diqqətçəkən açıqlama verib:

"Mən 103, həyat yoldaşım isə 49 yaşındadır. İlk dəfə Naşikdə ailə qurdum. O, dünyasını dəyişəndən sonra yenidən evlənmək üçün Laknova getdim. İkinci həyat yoldaşım da bu dünyadan köçdü. Özümü tənha hiss edirdim. Ona görə də yenidən evləndim”. 

49 yaşlı Cahan açıqlamasında deyib: "Həyat yoldaşım tamamilə yaxşıdır və heç bir problemi yoxdur”.

Ayşən
OXŞAR XƏBƏRLƏR