Hindistanda 5.5 bal gücündə zəlzələ baş verdi

Hindistanda 5.5 bal gücündə zəlzələ baş verdi
DÜNYA
16:28 09.04.2023
237
Bazar günü Hindistanın Nikobar adaları yaxınlığındakı dəniz sularında 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 112 min nəfər əhalisi olan Port Bleyr şəhərindən təqribən 332 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR