Hindistanda anomal istilər pik həddə çatdı - 2 saata 16 nəfər öldü

Hindistanda anomal istilər pik həddə çatdı - 2 saata 16 nəfər öldü
DÜNYA
12:07 31.05.2024
179
Hindistanın Biharın Aurangabad şəhərində havanın istiliyi 48 dərəcəyə çatıb və həddindən artıq istilər səbəbindən 16 nəfərin həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin aparıcı media qurumlarından olan NDTV məlumat yayıb.
 
Bildirilib ki, xəstəxanaya yüksək hərarətlə bağlı şikayətlə azı 35 nəfər müraciət edib.

Bihar əyalətində məktəblərin və təhsil mərkəzlərinin iyunun 8-dək bağlı qalacağı bildirilib.

Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində ştatda şiddətli isti dalğası ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən bir nəfər ölüb və bütün zamanların ən yüksək temperaturu 52,9 dərəcə ilə qeydə alınıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR