Hindistanda avtobusların toqquşması nəticəsində 12 nəfər öldü

Hindistanda avtobusların toqquşması nəticəsində 12 nəfər öldü
DÜNYA
12:25 26.06.2023
183
Hindistanın Odişa ştatında iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Qeyd edilib ki, qəzaya düşənlər toy mərasimindən qayıdırmış.

Məlumatda bildirilib ki, ölənlərin 7-si bir ailənin üzvləri, digərləri də onların qohumları olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR