Hindistanda avtomobil partladı: 8 ölü, 11 yaralı

Hindistanda avtomobil partladı: 8 ölü, 11 yaralı
DÜNYA
20:42 10.11.2025
114
Hindistanın paytaxtı Nyu-Dehlidə izdihamlı küçədə avtomobil partlayıb. Hadisə nəticəsində səkkiz nəfər həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin baş vermə şəraiti araşdırılır. Olay yerində polis və tibb işçiləri işləyirlər.

"Times of India" xəbər verir ki, xəsarət alanların sayı 24 nəfəri keçib, NDTV televiziya kanalı isə 11 yaralının olduğunu bildirir. Bununla belə, bütün mənbələrdə ölənlərin sayı (səkkiz nəfər) eynidir.

Partlayışın səbəbi hələlik aydın deyil. Qeyd olunur ki, partlayış anında avtomobil daima izdihamlı olan metro girişinin yanında olub.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR