Hindistanda daha bir rus qırıcısı qəzaya uğradı

Hindistanda daha bir rus qırıcısı qəzaya uğradı
DÜNYA
02:55 25.12.2021
323
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-21 təyyarəsi qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb.

Hadisə "MiQ-21" təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda "MiQ-21"in iştirakı ilə baş verən beşinci qəzadır.
OXŞAR XƏBƏRLƏR