Hindistanda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı çoxaldı

DÜNYA
12:44 23.08.2024
139
Hindistanın şərqindəki Tripura əyalətində musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,  əyalət səlahiyyətliləri təbii fəlakətlərdən zərər çəkmiş və güclü yağışlar nəticəsində evlərinə ziyan dəymiş təxminən 65400 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.

Tripura əyalətinin baş naziri Manik Saha da açıqlamasında torpaq sürüşmələrinin baş verdiyi ərazilərdə ən azı 10 nəfərin dağıntılar altında qaldığını bildirib.

Dağıntılar altında qalanlar üçün xilasetmə işlərinin davam etdiyini bildirib.

Hindistan Meteorologiya İdarəsi (IMD) tərəfindən verilən məlumata görə əyalətə təsir edən şiddətli yağışların davam edəcəyinin gözlənildiyi bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR