Hindistanda dini mərasim zamanı izdihamda ölənlərin sayı artdı

Hindistanda dini mərasim zamanı izdihamda ölənlərin sayı artdı
DÜNYA
11:24 04.07.2024
127
Hindistanın Uttar-Pradeş ştatında keçirilən dini ritual zamanı baş verən izdiham nəticəsində həyatını itirənlərin sayı 123-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər, daha 2 yaralının ölməsi ilə ölənlərin sayının 123-ə yüksəldiyini açıqladı.

Uttar Pradeş Baş nazirinin müavini Brajeş Pathak açıqlamasında 23 yaralının xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Qeyd edək ki, iyulun 2-də Hathras bölgəsində keçirilən "satsanq" adlı kütləvi namaz tədbiri zamanı izdiham yaşanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR