Hindistanda dini tədbirdə yaranan izdihamda 100-dən çox adam ölüb

Hindistanda dini tədbirdə yaranan izdihamda 100-dən çox adam ölüb
DÜNYA
19:48 02.07.2024
158
Hindistanın şimalındakı Hathras şəhərində dini tədbirdə baş verən izdihamda əksəriyyəti qadın olmaqla azı 107 nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times” ştat polisinə istinadən məlumat yayıb.

Hadisə dini vaiz Bhole Babanın müraciətindən sonra baş verib. Şahidlərdən biri bildirib ki, izdiham dini tədbir bitəndə, insanlar toplaşdıqları yeri tərk etməyə başlayan zaman baş verib.
OXŞAR XƏBƏRLƏR