Hindistanda fillər 5 nəfəri öldürdü

Hindistanda fillər 5 nəfəri öldürdü
DÜNYA
14:48 19.12.2025
124
Hindistanda fillər 5 nəfəri öldürüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son 24 saat ərzində Hindistanın Carxand əyalətində baş verən ayrı-ayrı hadisələrdə beş nəfər vəhşi fillər tərəfindən tapdalanaraq öldürülüb.
 
Rəsmilərin məlumatına görə, çərşənbə axşamı meşə ərazisində üç nəfər fillərin hücumuna məruz qalıb, Rançinin Anqara rayonunun Jidu kəndində isə 36 yaşlı bir kişiyə hücum edilib.
 
Ölənlərdən biri selfi çəkməyin qurbanı olub.  
 
Rajvar səkkiz vəhşi fil sürüsü ilə video və selfi çəkmək üçün çox yaxınlaşıb və sonradan hücuma məruz qalıb və tapdalanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR